​Azərbaycanda Koreya mədəniyyəti üzrə viktorina keçirilib

​Azərbaycanda Koreya mədəniyyəti üzrə viktorina keçirilib Viktorinanın qalibi gələn il Koreyada Azərbaycanı təmsil edəcək
Elm və təhsil
14 May , 2016 12:25
​Azərbaycanda Koreya mədəniyyəti üzrə viktorina keçirilib

Bakı. 14 may. REPORT.AZ/ Koreyanın Azərbaycandakı səfirliyi Bakı Dövlət Universitetində Koreya haqqında "Viktorina-2016" adlı tədbir keçirib. 

Səfirlikdən "Report"a verilən məlumata görə, viktorinada 10 gənc Koreya mədəniyyəti, tarixi və cəmiyyəti haqqında sualları cavablandıraraq bu ölkə haqda biliklərini nümayiş etdiriblər.

İki mərhələdən ibarət olan yarışda 10 nəfərin içərisindən birinci yeri Töhfə Nuriyeva, ikinci yeri Fəridə Aydayeva və üçüncü yeri Ramin Abbasov tutub. Viktorinanın qalibi bu ilin avqust ayında Koreyada keçiriləcək viktorinanın böyük finalında Azərbaycanı təmsil etmək hüququ qazanıb. Budəfəki müsabiqə tələbələrin Koreya haqda məlumatlarını dərinləşdirib və həmçinin Koreyaya marağı olan tələbələrin sayı artıb.

Koreyanın Azərbaycandakı səfiri Kim Çanq Qyu çıxışında iki ölkə arasında münasibətlərin inkişafında qarşılıqlı anlaşmanın əsas rol oynadığını və bugünkü tədbirin tələbələrin Koreyaya marağını artıracağına ümid etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi