Yuxarı

​Azərbaycanda kolleclər ali təhsil müəssisələrinin nəzdinə veriləcək

Mikayıl Cabbarov: “Bu, resurslardan daha faydalı istifadəni təmin edə bilər”

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycanda kolleclər ali təhsil müəssisələrinin nəzdinə veriləcək. “Report”un xəbərinə görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov “Caspian European Club”un üzvləri ilə görüşündə deyib.

Nazirin sözlərinə görə, orta ixtisas təhsili müəssisələrinin kifayət qədər böyük hissəsi kollec adlandırılır: “Onların ali təhsil müəssisələrinin nəzdinə keçirilməsi prosesinə başlanacaq. Fikrimizcə, bu, bir tərəfdən resurslardan daha faydalı istifadəni təmin edə bilər. Digər tərəfdən, subbakalavriat dərəcəsini təklif etməklə, həmin orta ixtisas təhsili müəssisələrində təhsilin keyfiyyətinin və onlara marağın artırılmasına xidmət edə bilər. Təbii olaraq biz burada ixtisaslara baxacağıq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi