​Azərbaycanda kolleclər ali təhsil müəssisələrinin nəzdinə veriləcək

​Azərbaycanda kolleclər ali təhsil müəssisələrinin nəzdinə veriləcək Mikayıl Cabbarov: “Bu, resurslardan daha faydalı istifadəni təmin edə bilər”
Elm və təhsil
6 May , 2015 16:33
​Azərbaycanda kolleclər ali təhsil müəssisələrinin nəzdinə veriləcək

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycanda kolleclər ali təhsil müəssisələrinin nəzdinə veriləcək. “Report”un xəbərinə görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov “Caspian European Club”un üzvləri ilə görüşündə deyib.

Nazirin sözlərinə görə, orta ixtisas təhsili müəssisələrinin kifayət qədər böyük hissəsi kollec adlandırılır: “Onların ali təhsil müəssisələrinin nəzdinə keçirilməsi prosesinə başlanacaq. Fikrimizcə, bu, bir tərəfdən resurslardan daha faydalı istifadəni təmin edə bilər. Digər tərəfdən, subbakalavriat dərəcəsini təklif etməklə, həmin orta ixtisas təhsili müəssisələrində təhsilin keyfiyyətinin və onlara marağın artırılmasına xidmət edə bilər. Təbii olaraq biz burada ixtisaslara baxacağıq”.

Son xəbərlər

Orphus sistemi