Yuxarı

Azərbaycanda ilk dəfə "Humanist Pedaqogika Mərkəzi" açılıb

Qulu Novruzov: Təhsil sistemində və yeni yetişən gənc nəsildə sağlam düşüncənin yaradılmasında mərkəzin rolu zəruridir

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycan Təhsil Problemləri İnstitutunun nəzdində ölkədə ilk dəfə yeni “Humanist Pedaqogika Mərkəzi” açılıb. Bu barədə "Report"a institutun beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi məlumat verib.

Çıxış edən Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov ölkədə təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qeyd olunan əsas məzmuna toxunaraq bildirib ki, inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları ilk növbədə inkişaf etdirilməlidir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. 

Qulu Novruzov təhsilin insanlara texnologiyaları çevik mənimsəməklə yanaşı, əmək bazarında layiqli yer tutmaları və ömür boyu təhsil prosesinə qoşulmaları, sağlam həyat tərzi və ətraf mühitə münasibətdə düzgün mövqe seçmələri üçün pedaqoji tərbiyənin çox böyük rol oynadığını vurğulayıb: "Bu sahədə əsas insanların humanist yanaşmasının daha qabarıq görünməsi və humanist yanaşmanın təbliği məsələsidir ki, buna da xüsusi diqqət yetirilməlidir. Təhsil sistemində və yeni yetişən gənc nəsildə sağlam düşüncənin yaradılması üçün yeni olan Humanist Peqadogikanın tədrisdə tətbiqi zəruridir. Məhz bu zərurətdən irəli gələrək TPİ-də Azərbaycanda ilk olan bu mərkəzin yaradılması məqsədəuyğun hesab olunub". 

Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin prezidenti, Rusiya Təhsil Akademiyasının akademiki Şalva Aleksandroviç Amonaşvili Azərbaycanda “Humanist Pedaqogika Mərkəzi”nin ilk olaraq elə respublikanın bütün təhsil sferasında təhsilin məzmunu və müəllimlərin peşəkarlıq səviyyələrinin inkişafının bilavasitə töhfəsi olan Təhsil Problemləri İnstitutunun rəhbəri Qulu Novruzova təşəkkür edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi