Yuxarı

​Azərbaycanda ilk dəfə "SCOPUS Mükafatları"nın təqdimatı keçirilib

Məqsəd Azərbaycan alimlərini motivasiya etmək və onlara akademik fəaliyyətlərində stimul verməkdir

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanda ilk dəfə "SCOPUS Mükafatları"nın təqdimatı keçirilib. "Report" xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, AMEA-nın institut və təşkilatlarının rəhbərləri, eləcə də KİV nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Prezident yanında Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, adıçəkilən mükafat dünyanın tanınmış akademik nəşriyyatlarından və informasiya həllərinin təminatçılarından biri olan "Elsevier"in qlobal təşəbbüslərindən biridir və ölkədə bütün elm sahələri üzrə araşdırmaları daha da təkmilləşdirmək, elmi təşkilat və tədqiqatçıların səylərini dəstəkləmək üçün təşkil edilib: "Əsas məqsəd Azərbaycan alimlərini motivasiya etmək və onlara akademik fəaliyyətlərində stimul vermək, Azərbaycanda aparılan araşdırma və tədqiqatlar üzrə ən dəyərli nəticələr alan, nüfuzlu nəşrlərdə məqalələr çap etdirən və beynəlxalq əməkdaşlıq edən qurumları, həmçinin eksklüziv akademik jurnalları önə çəkməkdir".

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən, yüksək nəticələri ilə ölkə hüdudlarından kənarda tanınmış 4 elmi-tədqiqat və təhsil qurumuna, həmçinin 5 elmi jurnala beynəlxalq qiymətləndirmə meyarları, həmçinin "SCOPUS" və "SciVal" bazaları əsasında seçimin nəticələrinə əsasən xüsusi mükafatlar təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi