Mikayıl Cabbarov: “Azərbaycanda ildə 12 min mütəxəssisin hazırlanmasına ehtiyac var”

Mikayıl Cabbarov: “Azərbaycanda ildə 12 min mütəxəssisin hazırlanmasına ehtiyac var” "Ölkədə təqribən 60%-dən yuxarı tələbə ödənişli əsaslarla təhsil alır"
Elm və təhsil
30 İyun , 2016 17:03
Mikayıl Cabbarov: “Azərbaycanda ildə 12 min mütəxəssisin hazırlanmasına ehtiyac var”

Bakı. 30 iyun. REPORT.AZ/ “Azərbaycanda təqribən 60%-dən yuxarı tələbə ödənişli əsaslarla təhsil alır". 

“Report”un məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, dövlət sifarişinin formalaşması prinsipləri var: "Yəni dövlət hər bir ixtisas üzrə neçə tələbəni oxutdura biləcəyini əvvəlcədən elan edir. Bu rəqəm bəzi ali məktəblərdə az, bəzilərində isə çoxdur. Bəzi hallarda dövlətin 100 tələbənin bir ixtisas üzrə ödənişini həyata keçirməsi mümkün olsa da, ancaq həmin ixtisas üzrə bal yığan tələbələrin sayı 90 olur. Belə olan halda isə 10 yer boş qalır. Hətta dövlətin 100 nəfər sifariş etdiyi halda, təhsil almaq istəyənlərin sayının 500 nəfər olduğu hallar da mövcuddur. Ancaq dövlət ən yüksək akademik bal toplayan insanların ödənişini həyata keçirir. Bundan əlavə, dövlət bir sıra kateqoriyadan olan vətəndaşların da təhsil xərcini üzərinə götürür”.

Nazir deyib ki, bəzən bir çox məqalələrdə, təhlillərdə sovet dövründə təhsilin tamamilə, ancaq bu gün yalnız bir qrup tələbələr üçün “pulsuz” olduğu qeyd edilir: "Lakin heç kim yalnız müəyyən sayda tələbənin ali təhsil ala bildiyini xatırlamaq istəmir. Əgər bu günlə müqayisə etsək o vaxt tələbənin dövlət sifarişinə düşmədiyi halda ali təhsil almaq hüququnun olmadığını görərik. Amma bu gün liberallaşmaya gedirik. İldə 12 min mütəxəssisin hazırlanmasına ehtiyac var və dövlət bunu üzərinə götürür. Lakin ali təhsil almaq istəyənlərin sayı çoxdur. Belə olduğu halda müəyyən göstəriciləri əldə edən şagirdlər dövlət hesabına, digərləri isə öz hesabına oxuyur”.

M.Cabbarov vurğulayıb ki, bu günə kimi bir çox ali təhsil müəssisəsinin tələbələri təhsil haqqını ödəyə bilmədiyindən imtahanlara buraxılmırdılar: “Lakin tələbələrə güzəştli təhsil kreditlərinin verilməsi sosial iqtisadi səbəblərdən qaynaqlanan, təhsillərini yalnız bu səbəbə görə vaxtında başa çatdıra bilməyən tələbələrin sayının azalmasına xidmət edəcək”.

Son xəbərlər

Orphus sistemi