Azərbaycanda əhalinin təhsil səviyyəsi ilbəil artır

Azərbaycanda əhalinin təhsil səviyyəsi ilbəil artır Bu gün 15 və yuxarı yaşlı əhalinin hər min nəfərindən 971-i ali, orta ixtisas və orta təhsilə malikdir
Elm və təhsil
20 Yanvar , 2016 07:58
Azərbaycanda əhalinin təhsil səviyyəsi ilbəil artır

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycanda əhalinin təhsil səviyyəsi ilbəil artır və bu gün 15 və yuxarı yaşlı əhalinin hər min nəfərindən 971-i ali, orta ixtisas və orta təhsilə malikdir.

"Report"a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, 2016-cı il yanvar ayının 1-i vəziyyətinə ölkədə fəaliyyət göstərən 1 650 dövlət və 56 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 116 min uşaq və ya 1-5 yaşlı uşaqların 14,2 faizi tərbiyə alır.

2015/2016-cı tədris ilinin əvvəlinə ölkənin 4 min 439 dövlət və 23 qeyri-dövlət ümumi təhsil müəssisələrində 1,4 milyon şagird təhsil alıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6 min uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində təşkil edilən xüsusi siniflər fəaliyyət göstərib.

Son illər ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisinin azalması müşahidə olunur. Belə ki, 2014-cü ildə ümumi təhsil müəssisələrində bu göstərici 14,9 faiz olub, 2015-ci ildə isə 14,4 faizə düşüb.

Son xəbərlər

Orphus sistemi