Yuxarı
    Bağlamaq

    Azərbaycanda I sinfə elektron sənəd qəbulu ilə bağlı apellyasiya komissiyaları fəaliyyətə başlayıb

    Komissiyalar I mərhələdə 2016-cı il martın 1-dən iyunun 14–dək fəaliyyət göstərəcək

    Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanda I sinfə elektron sənəd qəbulu ilə bağlı apellyasiya komissiyaları fəaliyyətə başlayıb.

    Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

    Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin müvafiq əmrinə əsasən, uşaqların I sinfə elektron sənəd qəbulu ilə bağlı 6 təhsil müəssisəsində apellyasiya komissiyaları təşkil olunub. Apellyasiya komissiyalarının yaradılmasının əsas məqsəd vətəndaşların müraciətlərinə obyektiv, tam və hərtərəfli baxılması, işçi qrupla vətəndaş arasında yaranan mübahisələrin və fikir ayrılıqlarının tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsi və təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərar qəbul olunmasını təmin etməkdir. 

    Qeyd edəki ki, komissiyalar I mərhələdə 2016-cı il martın 1-dən iyunun 14–dək, II mərhələ iyunun 20-dən sentyabrın 20-dək (iyul ayı istisna olmaqla) fəaliyyət göstərəcək

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi