Yuxarı

Azərbaycanda ən çirkli su hövzələrinin adları məlum olub

Ekoloji çirklənmələr bir çox halda təbii sərvətlərdən istifadəni məhdudlaşdırır

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti elmi seminarı keçirilib. 

AMEA-dan "Report"a verilən məlumata görə, şuranın rəhbəri, geologiya üzrə fəlsəfə doktoru Orxan Abbasovun sədrliyi ilə aparılan tədbirdə institutun Geoekologiya şöbəsinin mühəndisi İlqar Quliyev “Abşeron yarımadasının çirklənmiş göllərində mikroelementlərin paylanmasının geokimyəvi xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib.

Gənc alim yarımadadakı göllərin əhəmiyyəti, ekoloji vəziyyəti, həmçinin çirklənmə səbəbləri və dərəcələrindən bəhs edərək bildirib ki, burada göllərin əksəriyyəti duz, bron, yod, müalicəvi palçıq və digər tərkiblərlə zəngindir. Lakin ekoloji çirklənmələr bir çox halda bu təbii sərvətlərdən istifadəni məhdudlaşdırır.

Xocasən, Bülbülə, Kürdəxanı və Qırmızı göllər ölkə ərazisinin ən çirkli su hövzələrindəndir. Böyükşor isə hazırda dövlət səviyyəsində aparılan tədbirlər nəticəsində bu siyahıdan çıxmaq üzrədir. Abşeronda ən az çirklənən Masazır gölüdür.

İ.Quliyev çirklənmələrin əsas səbəblərini təbiət hadisələri, iqlim dəyişmələri, fauna və floranın təsiri, həmçinin antropogen amillə təsvir edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi