Yuxarı

Azərbaycanda elmlər doktoru olmaq istəyənlərin sayı açıqlanıb

Onlardan 327 nəfəri kişi, 266 nəfəri qadındır

Bakı 28 dekabr. REPORT.AZ/ Azərbaycanda elmlər doktoru olmaq istəyənlərin sayı açıqlanıb. 

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin əvvəlində elmlər doktorlarının hazırlanması proqramı üzrə təhsil alanlar 593 nəfər təşkil edib. Onlardan 327 nəfəri kişi, 266 nəfəri qadındır. 

Məlumata görə, ölkədə elmlər doktorlarının hazırlanması proqramı üzrə təhsil alanların 59 faizini 40 və daha yuxarı yaşda olanlardır: "Onların arasında 30 yaşa qədər olanların 51,1 faizi qadın, 48,9 faizi isə kişidir. Eyni zamanda, 30-34 yaşlıların 36,8, 35-39 yaşlıların 50 faizi, 40 və daha yuxarı yaşda olanların isə 43,7 faizi qadınlardır". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi