Yuxarı
    Bağlamaq

    Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı müsahibə qaydalarını hazırlanıb

    Müsahibənin kim tərəfindən elan edilməsi ilə bağlı cüzi fərq var

    Bakı. 9 iyun. REPORT.AZ/ "Artıq dövlət orqanları tərəfindən vakansiyalar təqdim edilib. Müsabiqə ilk olaraq V-VII təsnifat üzrə keçiriləcək. Bu təsnifat üzrə 1000-dən çox vakansiya var".

    "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.

    Onun sözlərinə görə, VII təsnifat ən aşağı vəzifələrdir ki, bura yerli icra hakimiyyətləri və mərkəzi icra hakimiyyəti orqanlarının bölmələridir: "V təsnifat mərkəzi icra hakimiyyəti orqanlarında, nazirliklərdə, komitələrdə sektor müdiri vəzifələridir".

    B.Xəlilov qeyd edib ki, DİM dövlət qulluğuna qəbulla bağlı müsahibə qaydalarını hazırlayıb: " "Dövlət qulluğuna qəbul haqqında" qanuna dəyişikliklər edildikdən sonra həmin qaydalar təsdiq olunacaq. Dövlət qulluğuna qəbul yeni müsahibə qaydaları əsasında keçiriləcək. Yeni müsahibə qaydalarının əvvəlkindən ciddi fərqi yoxdur. Yalnız müsahibə qruplarının formalaşdırılması qaydasında fərqlilik var. Müsahibənin kim tərəfindən elan edilməsi ilə bağlı da cüzi fərq var".

    Tarif Şurası tərəfindən yalnız test imtahanlarında iştirakın ödəniş məbləğinin təsdiqləndiyini xatırladan sədr müavini əlavə edib ki, müsahibə mərhələsinin ödənişli olması ilə bağlı hələlik heç bir qərar yoxdur: "DİM-in publik hüquqi şəxs kimi formalaşması tam başa çatdıqdan, dövlət qulluğu ilə bağlı qanunvericiliyə dəyişiliklər edildikdə və yeni müsahibə qaydaları təsdiq edildikdən sonra dövlət qulluğuna qəbul keçiriləcək". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi