Azərbaycanda bəzi universitetlərə yeni status veriləcək

Azərbaycanda bəzi universitetlərə yeni status veriləcək Müəllimlər üçün "ADA" Universitetində təlimlər keçirilir
Elm və təhsil
24 May , 2016 12:10
Azərbaycanda bəzi universitetlərə yeni status veriləcək

Bakı. 24 may. REPORT.AZ/ "Magistrant və doktorant səviyyəsində elmi araşdırmalara dərindən yiyələnmək məqsədi ilə "Tədqiqat metodları" adlı fənn tədris planına daxil edilib. Bununla da 2016/2017-ci tədris ilindən başlayaraq 150-dən çox ixtisaslaşma üzrə təhsil alan magistrant və doktorantlar müasir tədqiqat metodlarını öyrənmək imkanı əldə edəcəklər".

"Report"un xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, hazırda həmin fənni tədris edəcək müəllimlər üçün "ADA" Universitetində təlimlər keçirilir.

O əlavə edib ki, yaxın gələcəkdə aparıcı ali təhsil müəssisələrinə tədqiqat universitetləri statusunun verilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi