Yuxarı
    Bağlamaq

    Azərbaycanda AMEA-nın tərəfdaşlığı ilə biznes forum keçiriləcək

    Tədbir AMEA-nın elmi müəssisələrində biznes fəaliyyətinin genişləndirilməsi və bilik əsaslı iqtisadiyyatın inkişaf etdirilməsi məqsədi daşıyır
    AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev

    Bakı. 1 noyabr. REPORT.AZ/ Gələn il Azərbaycanda AMEA-nın tərəfdaşlığı ilə biznes forum keçiriləcək.

    "Report" xəbər verir ki, bununla bağlı AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış zamanı məlumat verib. 

    Onun sözlərinə görə, forum 2018-ci il martın 1-2-də AMEA, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycanda Amerika Ticarət Palatasının birgə təşkilatçılığı ilə baş tutacaq: "Tədbir AMEA-nın elmi müəssisələrində biznes fəaliyyətinin genişləndirilməsi və bilik əsaslı iqtisadiyyatın inkişaf etdirilməsi məqsədi daşıyır".

    Akademik qeyd edib ki, forum intellektual kapitalın və innovasiya sahibkarlığının inkişafını, elmi-tədqiqat işlərinin sənaye və real biznesin, o cümlədən aqrar sektorun tələblərinə uyğun formalaşdırılmasını, innovativ iqtisadi ekosistemin, intellektual potensialın və bilik əsaslı iqtisadiyyatın inkişaf dinamikasına dəstək verilməsi kimi məsələləri nəzərdə tutur.

    Qeyd edək ki, AMEA Rəyasət Heyəti “Elmin kommersiyalaşdırılması və bilik əsaslı iqtisadiyyatın inkişafında özəl sektorun rolu" mövzusunda biznes forumun keçirilməsi, həmçinin forumla əlaqədar Akademiyada Təşkilat Komitəsi, AMEA Yeni Texnologiyalar Parkında isə İşçi Qrupun yaradılması haqqında qərar verib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi