Azərbaycan və Yaponiya arasında universitetlərarası əlaqələr genişlənəcək

Azərbaycan və Yaponiya arasında universitetlərarası əlaqələr genişlənəcək ​ADU ilə Yaponiyanın Tsukuba Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Elm və təhsil
10 Mart , 2016 21:00
Azərbaycan və Yaponiya arasında universitetlərarası əlaqələr genişlənəcək

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan Dillər Universiteti (ADU) ilə Yaponiyanın Tsukuba Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

ADU-dan "Report"a verilən məlumata görə, imzalanan müqavilə hər iki universitet arasında tələbə-müəllim mübadiləsinin uğurla aparılacağına xidmət edəcək

Tsukuba Universitetin nümayəndəsi Sey Matsuşita təhsil sahəsində əməkdaşlığın Azərbaycan və Yaponiya arasında mədəni əlaqələri daha da möhkəmlədəcəyinə inandığını qeyd edib.

Yaponiya nümayəndə heyətinin ADU-da keçirdiyi görüşdə həmçinin gələcək əməkdaşlıq perspektivləri, ikitərəfli əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi mövzularında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi