Azərbaycan və Rusiya alimləri vaxtından əvvəl qocalmanın qarşısını alacaq

Azərbaycan və Rusiya alimləri vaxtından əvvəl qocalmanın qarşısını alacaq Məsələ ilə əlaqədar əməkdaşlıq müqaviləsi imzalanıb
Elm və təhsil
12 May , 2015 19:01
Azərbaycan və Rusiya alimləri vaxtından əvvəl qocalmanın qarşısını alacaq

Bakı. 12 may. REPORT.AZ/ Rusiyalı alimlər Mərkəzi Elmi Kitabxanada vaxtından əvvəl qocalmanın müasir problemlərini müzakirə ediblər. 

Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutundan "Report"a verilən xəbərə görə, mövzu ilə bağlı İnstitutda keçirilən görüşdə çıxış edənlər herontologiya sahəsində problemlərin respublika üçün böyük əhəmiyyət kəsb etdiyini və müvafiq tədqiqatlar üçün Azərbaycanda unikal baza olduğunu qeyd ediblər.

Tədbirdə Azərbaycan Herontologiya Cəmiyyətinin yaradılması və onun Beynəlxalq Herontologiya və Heriatriya Assosiasiyasına qəbul edilməsi məsələləri müzakirə edilib. Həmçinin Fiziologiya İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Herontoloji Cəmiyyəti, İ.P.Pavlov adına Fiziologiya İnstitutu və Sankt-Peterburq Biotənzimləmə və Herontologiya İnstitutu arasında "Qocalmanın fiziologiyası" sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Son xəbərlər

Orphus sistemi