Yuxarı
    Bağlamaq

    ​Azərbaycan və Fransa təhsil sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir

    Fransız-Azərbaycan Universitetinin yaradılması planlaşdırılır

    Bakı. 3 aprel. REPORT.AZ/ "Azərbaycan və Fransa təhsil sahəsində əməkdaşlığı dərinləşdirəcək".

    "Report" xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Monye Fransa universitetləri nümayəndələrinin Bakıya səfərlərinin yekununa həsr olunmuş tədbirdə bildirib.

    Səfir qeyd edib ki, Azərbaycan və Fransa iki ölkənin ən yaxşı universitetlərinin əməkdaşlığını fəallaşdırmağa yönəlmiş Fransız-Azərbaycan Universitetinin yaradılmasını planlaşdırır. P. Monye ümid etdiyini bildirib ki, onun yaradılması tələbə və müəllim mübadiləsi və birgə proqramların reallaşdırılması imkanlarını genişləndirəcək.

    Xatırladaq ki, Strasburq Universitetinin prezidenti Alan Beretsin rəhbərlik etdiyi Fransa nümayəndə heyəti Bakıya səfər çərçivəsində Təhsil Nazirliyində və bir sıra Azərbaycan ali təhsil məktəbində görüşlər keçirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi