Yuxarı
    Bağlamaq

    Azərbaycan və Estoniya elmlər akademiyaları arasında əməkdaşlıq sazişi imzalanıb

    AMEA-nın nümayəndə heyəti Estoniyaya səfər edib

    Bakı. 28 oktyabr. REPORT.AZ/ Estoniya Elmlər Akademiyasının dəvəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadənin başçiliq etdiyi nümayəndə heyəti Estoniyaya səfər edib.

    Azərbaycanın Estoniyadakı səfirliyindən "Report"a verilən məlumata görə, nümayəndə heyəti Tallin Texniki Universitetinə baş çəkərək müəssisənin tədqiqatlar üzrə vitse-rektoru Renno Veinthal ilə görüşüb. Azərbaycan nümayəndə heyəti üçün ali təhsil müəssisəsində müxtəlif sahələrdə aparılan tədqiqat layihələri üzrə xüsusi təqdimatlar keçirilib.

    Sonra Estoniya Elmlər Akademiyasında AMEA və EEA arasında elmi əməkdaşlıq haqqinda sazişin təntənəli imzalanma mərasimi keçirilib. Sazişi AMEA-nın prezidenti Akif Əlizadə və Estoniya Elmlər Akademiyasının prezidenti Tarmo Soomere imzalayıblar. Sonda akademik A.Əlizadə həmkarına AMEA-nın 70 illiyinə həsr edilmiş yubiley medalını hədiyyə edib və T.Soomereni Azərbaycana səfərə dəvət edib.

    T.Soomere Akademiyanın fəaliyyəti və nailətləri, habelə yerləşdiyi binanın tarixi barədə danışıb.

    Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti həmçinin Tallin Universitetinə baş çəkib, ali təhsil müəssisəsinin rəhbərliyi - tədqiqatlar üzrə vitse-rektoru xanım Katrin Niglas ilə görüşüb, təhsil ocağının fəaliyyəti ilə tanış olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi