Azərbaycanla Çexiya səhiyyə və təhsil sahəsində əməkdaşlıq memorandumu imzalamağı planlaşdırır

Azərbaycanla Çexiya səhiyyə və təhsil sahəsində əməkdaşlıq memorandumu imzalamağı planlaşdırır Çexiya nümayəndə heyətinin bu ilin oktyabrında Azərbaycana səfər etməsi gözlənilir
Elm və təhsil
19 İyul , 2017 14:12
Azərbaycanla Çexiya səhiyyə və təhsil sahəsində əməkdaşlıq memorandumu imzalamağı planlaşdırır
Report.az

Bakı. 19 iyul. REPORT.AZ / Çexiyanın iqtisadi əməkdaşlıq üzrə Palata senatorlarının nümayəndə heyəti bu ilin oktyabrında Azərbaycana səfər etməyi planlaşdırır.

"Report"un məlumatına görə, bunu Çexiyanın Bakıdakı səfiri Vitezslav Pivonka bildirib.

"Hazırda tərəflər səhiyyə sahəsində əməkdaşlıq haqqında memorandum imzalamağa hazırlaşırlar. Sənəd, xüsusilə, hər iki ölkənin kurort zonalarının inkişafını nəzərdə tutur", - V.Pivonka vurğulayıb.

O, həmçinin əlavə edib ki, ali təhsil sahəsində əməkdaşlıq və tələbələrin mübadiləsi haqqında sənədin imzalanması üzrə iş gedir.

Son xəbərlər

Orphus sistemi