Azərbaycan və Bolqarıstanın Elmlər Akademiyası bir sıra birgə layihələr həyata keçirmək niyyətindədir

Azərbaycan və Bolqarıstanın Elmlər Akademiyası bir sıra birgə layihələr həyata keçirmək niyyətindədir Akademiyalar dilçilik və dilşünaslıq, kimya və geologiya sahələrində araşdırmalara davam edəcək
Elm və təhsil
11 Aprel , 2017 10:38
Azərbaycan və Bolqarıstanın Elmlər Akademiyası bir sıra birgə layihələr həyata keçirmək niyyətindədir
Report.az

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan və Bolqarıstanın Elmlər Akademiyası fundamental və tətbiqi tədqiqatlar sahəsində birgə işlər barədə saziş imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Bolqarıstanın "Fokus" radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan və Bolqarıstan alimləri artıq humanitar tətqiqatlar sahəsində əməkdaşlıq edir, lakin belə əməkdaşlıq genişləndirilə bilər.

A.Əlizadə bu mərhələdə Azərbaycan və Bolqarıstan Elmlər Akademiyasının elmi tədqiqatlarının və işləmələrinin prioritetlərini seçəcək birgə tədqiqat qruplarının yaradılmasının planlaşdırıldığını vurğulayıb. O əlavə edib ki, akademiyalar dilçilik və dilşünaslıq, kimya və geologiya sahələrində araşdırmalara davam edəcəklər.

Son xəbərlər

Orphus sistemi