Yuxarı

Azərbaycan universitetlərindən birində əmək haqları artırılıb

Azərbaycan universitetlərindən birində əmək haqları artırılıb
Müəllimin əmək haqqında artım 50 manat təşkil edir

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) əmək haqları artırılıb.

Universitetin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev təhsil müəssisəsində eyni vəzifə və eyni elmi adlara malik olan əməkdaşların əmək haqlarında olan süni diferensiallaşdırmanın aradan qaldırılması məqsədi ilə əmr imzalayıb. 

Əmrə əsasən universitet əməkdaşlarının əmək haqlarına yenidən baxılıb.

2017-ci il yanvar ayınını 1-də ştat cədvəlinə edilən dəyişikliyə əsasən rəhbər vəzifəni tutan işçilər istisna olmaqla inzibati idarəetmə və xidmətedici heyətdə çalışan işçilərin əmək haqqı təxminən 10 faiz artırılıb. Məlumata görə, dəyişiklik nəticəsində ADU-da müəllimin əmək haqqında artım 50 manat, elmlər namizədi olan müəllimin əmək haqqında 200 manat, elmlər namizədi olan baş müəllimin əmək haqqında 150 manat, dosent-elmlər doktorunun əmək haqqında 200 manat, professor-elmlər doktorunun əmək haqqında isə 250 manat təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi