Yuxarı

Azərbaycanda tələbələrə təqaüdün ödənilməsi sistemi dəyişdirilir

Nazir: “İndiki mexanizmdə müəyyən boşluqlar var”

Nazir: “İndiki mexanizmdə müəyyən boşluqlar var”

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycanın Təhsil Nazirliyi ali təhsil müəssisələrində dövlət sifarişi əsasında oxuyan tələbələrə təqaüdin ödənilməsi sisteminin dəyişdirilməsini təklif edən yeni mexanizm hazırlayıb. “Report”un xəbərinə görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov “Caspian European Club”dakı çıxışında məlumat verib.

Nazir qeyd edib ki, mövcud təhsil sisteminə uyğun olaraq ali məktəbə qəbul üçün imtahanlar mərkəzləşdirilmiş şəkildə keçirilir. İmtahanda yüksək bal toplayan və dövlət hesabına təhsil almaq hüququ əldə edən tələbələr təhsil aldıqları 4 il ərzində (bakalavriat səviyyəsində) qeyri-kafi qiymətlər almamaq şərti ilə təqaüd almaq imkanı qazanırlar: “Beləliklə, biz bir dəfə keçirdiyimiz bilik ölçməsi əsasında 4 il ərzində tələbəyə dövlət tərəfindən təqaüdün verilməsi barədə qərar veririk. Ancaq bu mexanizmdə müəyyən boşluqlar və təhsil prosesinə təsir edən məsələlər var. Təhsil prosesi də rəqabətli olmalıdır”.

M.Cabbarov bildirib ki, yeni mexanizmlə tələbə üçün dövlət tərəfindən ödənilən təhsil haqqı ilə təqaüd fərqləndiriləcək: “Yeni mexanizmə əsasən, tələbə dövlət tərəfindən təhsil haqqının ödənilməsi hüququnu əldə etsə də, onun hər ay təqüd alıb-almamasını təhsil prosesi, tələbənin akademik nailiyyətləri göstərəcək”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi