Azərbaycan Universitetinin rektoru vəzifəsindən azad olunub

Azərbaycan Universitetinin rektoru vəzifəsindən azad olunub Yeni rektor artıq kollektivə təqdim edilib
Elm və təhsil
13 Mart , 2017 15:07
Azərbaycan Universitetinin rektoru vəzifəsindən azad olunub
Azərbaycan Universiteti

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Universitetinə yeni rektor təyin edilib.

Bu barədə “Report”a universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, universitetin əvvəlki rektoru Fərid Əhmədov gələcək karyera və elmi fəaliyyətinin davam etdirilməsi ilə əlaqədar öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Azərbaycan Universitetinin rektoru vəzifəsinə Səadət Əliyeva təyin edilib.

Səadət Əliyeva uzun illərdər Azərbaycan Universitetində çalışır. Yeni rektor artıq kollektivə təqdim olunub.

Qeyd edək ki, ali məktəbdə bakalavriat pilləsində 19 ixtisas, magistraturada 9 ixtisaslaşma, doktorantura (dissertantura) səviyyəsində 15 ixtisas üzrə 1299 bakalavriat, 63 magistrant, 24 doktorant və 42 dissertant təhsil alır.

Son xəbərlər

Orphus sistemi