BDU-da “Azərbaycan-Türkiyə arasında münasibətlərin inkişafında dilin rolu” konfransı keçirilib

BDU-da “Azərbaycan-Türkiyə arasında münasibətlərin inkişafında dilin rolu” konfransı keçirilib Universitetdə Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi 13 sentyabr 2012-ci il tarixindən fəaliyyət göstərir
Elm və təhsil
19 Fevral , 2015 16:31
BDU-da “Azərbaycan-Türkiyə arasında münasibətlərin inkişafında dilin rolu” konfransı keçirilib

Bakı. 19 fevral. REPORT.AZ/ Bakı Dövlət Universitetində (BDU) Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin və Etnoqrafiya beynəlxalq onlayn informasiya-analitik mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə arasında münasibətlərin inkişafında dilin rolu” konfransı keçirilib. Bu barədə "Report"a BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Bakı Türk Mədəniyyət Mərkəzinin direktoru Əli Corayın açılış nitqindən sonra konfransda Etnoqlobus portalının rəhbəri Gülnarə İnanc, AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Tofiq Hacıyev çıxış ediblər.

Mövzu ətrafında alimlər - Rüfət Rüstəmov, İsmayıl Kazımov, Şamil Əlməmmədov və Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin əməkdaşı Kəmalə Ələkbərova çıxış ediblər.

Qeyd edək ki, BDU-da Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi 13 sentyabr 2012-ci il tarixindən fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi