Azərbaycan Texniki Universitetinin idman sarayı istifadəyə verilib

Azərbaycan Texniki Universitetinin idman sarayı istifadəyə verilib Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Texniki Universitetinin idman sarayının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Elm və təhsil
17 Noyabr , 2017 17:34
Azərbaycan Texniki Universitetinin idman sarayı istifadəyə verilib
Report/ Orkhan Azim

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Texniki Universitetinin idman sarayının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, millət vəkilləri və ali məktəblərin rektorları iştirak ediblər.

İdman sarayı ilə tanış olan qonaqlara məlumat verilib ki, sarayda təkcə bu Universitetin tələbələri üçün deyil, həmçinin məktəblilər, peşəkar idmanla məşğul olmaq istəyən hər kəs üçün əlverişli şərait yaradılıb.

Burada idmançılar trenajor, güləş, voleybol, basketbol, həndbol, futbol, badminton, qılıncoynatma, cüdo, boks, karate idman növləri üzrə məşğul ola bilərlər.

Tədbirdə Təhsil TV-nin idman sarayı ilə bağlı hazırladığı videoçarx nümayiş olunub.

Sonra 2017-2018-ci illərdə badminton üzrə ali təhsil müəssisələrinin komandaları arasında keçirilən turnirin püşkatma mərasimi olub. Bu ilin dekabr ayında universitetlər arasında start veriləcək turnirin komandalarının adları müəyyən olunub.

Qonaqlar oğlanlar arasında şəxsi kateqoriya üzrə yarışın final oyununu izləyiblər. Bu kateqoriya üzrə oğlanlar I, II yerlər üzrə mübarizə aparıblar.

2017-ci il badminton üzrə Azərbaycan çempionatı 5 kateqoriyaya əsasən keçirilir. Bu kateqoriyalardan 4-ü üzrə I, II, III yerlər artıq müəyyən olunub. Badminton üzrə Azərbaycan çempionatında, ümumilikdə, 37 nəfər olmaqla 16 qız, 21 oğlan mübarizə aparıb və finala vəsiqə qazanan 24 nəfər təltif edilib.

Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetində və Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Qubanın 38 ümumi təhsil müəssisəsində badminton bölmələri açılıb. Hazırda bu bölmələrdə badminton üzrə peşəkar məşqçilər və məktəblərin idman müəllimləri çalışır. 

Son xəbərlər

Orphus sistemi