Yuxarı

Azərbaycan Tarixi Muzeyində uşaq rəsmlərinin sərgisi keçiriləcək

Sərgidə 16 gənc rəssamın 67 əsəri nümayiş olunacaq

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində uşaq rəsmlərinin sərgisi keçiriləcək. Bu barədə "Report"a muzeydən məlumat verilib.

Məlumata əsasən, Prezident yanında Bilik Fondunun və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyində noyabrın 17-də "Çiçəklər" adlı uşaq rəsmləri sərgisi keçiriləcək.

Sərgidə Dövlət Uşaq Flarmoniyası və Hövsan Mədəniyyət evinin rəsm dərnəyinin üzvləri olan 16 gənc rəssamın 67 əsəri nümayiş olunacaq. Sərginin kuratoru rəssam Gilan Əzizxanlıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi