Azərbaycan tarixi abidələrinin elektron variantları hazırlanacaq

Azərbaycan tarixi abidələrinin elektron variantları hazırlanacaq Vüqar Kərimli: "Elektron bazanın yaradılması üzrə işlər təzə başlayıb"
Elm və təhsil
13 Yanvar , 2015 20:12
Azərbaycan tarixi abidələrinin elektron variantları hazırlanacaq

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan ərazisində olan tarixi memarlıq abidələrinin elektron variantı hazırlanır. Bu barədə "Report"a AMEA Memarlıq və İncəsənət İnstitutunun elmi katibi Vüqar Kərimli məlumat verib.

V.Kərimli deyib ki, elektron bazada bütün tarixi memarlıq abidələri haqqında məlumat olacaq: "İnternet şəbəkəsinə daxil olaraq dünyanın istənilən yerində, istənilən vaxt tarixi abidələrimiz barədə elektron baza ilə tanış olmaq mümkün olacaq. Çox güman ki, elektronlaşma ilk olaraq Bakı-Abşeronda yerləşən abidələrdən başlanacaq, sonra bölgə və rayonlarla sistemli şəkildə davam edəcək. Dövrləşdirmə vacib amillərdən biridir, ona görə də abidələr mütləq dövrlərə bölünərək hazırlanacaq".

O bildirib ki, elektron bazanın yaradılması üzrə işlər təzə başlayıb: "Baza hansı formatda olacaq, necə işlənəcək hələlik məlum deyil".

V.Kərimli həmçinin qeyd edib ki, elmi tədqiqat işi planlarına da bu məsələ salınıb: "Yeni qəbul olunmuş doktorantlarımıza da bu istiqamətdə mövzular verilir".

Son xəbərlər

Orphus sistemi