Yuxarı

Azərbaycan rayonlardan birində küçə reklamlarının dili ilə bağlı monitorinq aparılacaq

Sevinc Əliyeva: İcra başçısına məktub yollamışıq

Bakı. 24 sentyabr. REPORT.AZ/ "İsmayıllı rayonunda küçə adları, reklam və elan lövhələrində Azərbaycan dilinin qaydalarına nə dərəcədə əməl olunmasını müəyyənləşdirmək məqsədilə monitorinq aparılacaq".

Bunu “Report”a Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva bildirib. 

Onun sözlərinə görə, İnstitutun əməkdaşları İsmayıllı rayonunda olub: "Səfər zamanı rayonun müvafiq strukturlarının rəhbərləri və nümayəndələri ilə görüşdük və bu mövzunu müzakirə etdik. İsmayıllı rayonunun icra başçısına Dilçilik İnstitutunun direktorunun adından məktub yollamışıq. Məktubda da monitorinqin məqsədi açıqlanıb. Məqsəd rayonda ilk növbədə "dəyirmi masa"nın təşkil olunması, İsmayıllı rayonu ərazisində yerləşən küçə adları, elan və reklamların yazılışında orfoqrafik qaydalara riayət edilib-edilməməsinə nəzarət etmək, reyd aparmaq və onların aradan qaldırılması üçün tövsiyələrin verilməsidir".

Şöbə müdiri qeyd edib ki, ötən dövr ərzində Dilçilik İnstitutu Bakı şəhərinin dörd rayonunda monitorinq aparıb: "Yaxın vaxtlarda Nərimanov rayonunda aparılmış monitorinqin nəticələrini açıqlamaq üçün konfrans keçirəcəyik. Bu rayonun ərazisində olan küçə adları və reklamların yazılışındakı qüsurlarla bağlı Dilçilik İnstitutu kitabça hazırlayacaq. Konfransda həmin kitabça ictimaiyyətə təqdim ediləcək. Monitorinq aparılan digər üç rayonda da müvafiq konfranslar keçirilməsi nəzərdə tutulub".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi