Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti ​“Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərini mükafatlandırıb - SİYAHI

    Dövlət başçısı İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

    Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev 2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. "Report"un məlumatına görə, sərəncama əsasən, 2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda qeyd edilən ümumtəhsil məktəbləri 10 min manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılıb.

    Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəb

    Abşeron rayonu Masazır kənd 2 nömrəli tam orta məktəb

    Ağdaş şəhəri Müşfiq İsayev adına tam orta məktəb

    Ağstafa rayonu Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəb

    Ağstafa şəhəri 1 nömrəli tam orta məktəb

    Akademik Zərifə Əliyeva adına lisey

    Astara şəhəri 2 nömrəli tam orta məktəb

    Babək rayonu Babək qəsəbə tam orta məktəbi

    Bakı şəhəri 145 nömrəli tam orta məktəb

    Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey

    Bakı şəhəri 264 nömrəli tam orta məktəb

    Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyi

    Bakı şəhəri 83 nömrəli məktəb-lisey

    Bakı şəhəri 98 nömrəli tam orta məktəb

    Bakı şəhəri Texniki-humanitar lisey

    Balakən rayonu Humanitar və texniki təmayüllü lisey

    Bərdə şəhəri 2 nömrəli tam orta məktəb

    Bərdə şəhəri 4 nömrəli tam orta məktəb

    Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli tam orta məktəb

    Gədəbəy rayonu Slavyanka kənd 1 nömrəli tam orta məktəb

    Xızı şəhər tam orta məktəbi

    Xocavənd rayonu 2 nömrəli tam orta məktəb

    İsmayıllı rayonu İvanovka kənd tam orta məktəbi

    Kürdəmir şəhəri 3 nömrəli tam orta məktəb

    Quba rayonu Qaraçay kənd tam orta məktəbi

    Qusar şəhəri 2 nömrəli tam orta məktəb

    Lənkəran şəhəri 4 nömrəli məktəb-lisey

    Mingəçevir şəhəri 3 nömrəli tam orta məktəb

    Mingəçevir şəhəri Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü lisey

    Naxçıvan şəhəri 9 nömrəli tam orta məktəb

    Neftçala şəhəri 4 nömrəli tam orta məktəb

    Oğuz şəhəri 3 nömrəli tam orta məktəb

    Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbi

    Saatlı rayonu Qaracalar kənd tam orta məktəbi

    Salyan şəhəri 4 nömrəli tam orta məktəb

    Siyəzən şəhəri 1 nömrəli tam orta məktəb

    Sumqayıt şəhəri “Təfəkkür” liseyi

    Sumqayıt şəhəri 1 nömrəli tam orta məktəb

    Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəb

    Şahbuz şəhəri 2 nömrəli tam orta məktəb

    Şəki şəhəri 18 nömrəli tam orta məktəb

    Şəki şəhəri 7 nömrəli tam orta məktəb

    Şəki şəhəri 8 nömrəli tam orta məktəb

    Şəmkir şəhəri Əhməd Cavad adına tam orta məktəb

    Şirvan şəhəri 16 nömrəli tam orta məktəb

    Şirvan şəhəri 21 nömrəli tam orta məktəb

    Yardımlı rayonu Çayüzü kənd tam orta məktəbi

    Yevlax şəhəri 5 nömrəli tam orta məktəb

    Zaqatala rayonu Humanitar fənlər gimnaziyası

    Zaqatala rayonu Texniki fənlər təmayüllü lisey

    Bu sərəncamın birinci hissəsində nəzərdə tutulmuş pul mükafatları “Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanının 3-cü hissəsinə uyğun ödənilsin.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi