Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində Bakı şəhər zona toplantısı keçirilib

Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində Bakı şəhər zona toplantısı keçirilib Bakı. 29 oktyabr. REPORT.AZ/ “Müstəqilliyin varisləri – Azərbaycanın gələcəyi” Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində Bakı şəhər zona toplantısı keçirilib.
Elm və təhsil
29 Oktyabr , 2018 12:31
Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində Bakı şəhər zona toplantısı keçirilib
0 : 00
0 : 00

Bakı. 29 oktyabr. REPORT.AZ/ “Müstəqilliyin varisləri – Azərbaycanın gələcəyi” Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində Bakı şəhər zona toplantısı keçirilib.

“Report” xəbər verir ki, rəsmi açılışdan əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək gənclərin bütün sahələrdə fəal olduğunu qeyd edib: “Azərbaycanda gənclərə bütün şərait yaradılır. Bu, belə də olmalıdır. Bütün bunların əsasını ümummilli lider Heydər Əliyev qoyub. Bu uğurlu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Artıq yeni hədəflərimiz var. Azərbaycan gəncləri ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil edirlər”.

Toplantıda gənclər fondu, təhsil sahələri üzrə ekspertlərin çıxışları olub.

Ekspertlərin çıxışlarından sonra toplantı iştirakçılarının sualları cavablandırılıb, ətraflı fikir mübadiləsi aparılıb.

Toplantıda Bakı şəhərinin inzibati rayonları üzrə VIII Respublika Forumuna 411 nəfər nümayəndə seçilib.

Qeyd edək ki, Azərbaycan Gənclərinin Forumu ölkə gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə keçirilir.

Son xəbərlər

Orphus sistemi