Yuxarı

​“Azərbaycan dövlətçilik tarixində konstitusiyanın rolu” mövzusunda konfrans keçirilib

Elvin Aslanov: Bu ali sənədin öyrənilməsi üçün ciddi işlərin görülməsinə ehtiyac var

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycan Tələbələr Birliyində Azərbaycan Konstitusiyasının qəbul olunmasının 20 illiyinə həsr olunan “Azərbaycan dövlətçilik tarixində Konstitusiyanın rolu” mövzusunda konfrans keçirilib. Bu baradə “Report”a birliyin mətbuat katibliyindən məlumat verilib.

Məlumata görə, hüquqşünas tələbələrin, gənc elmi işçilərinin və QHT nümayəndələrinin iştirakı ilə keçirilən konfransın əsas məqsədi Konstitusiyanın hüquqi Azərbaycanın qurulmasındakı rolu, əhəmiyyəti və təbliği yolları barədə müzakirə etmək, habelə gələcək üçün yeni hədəfləri müəyyənləşdirmək olub.

Tədbirdə əsas müzakirə obyekti Azərbaycan dövlətçiliyi tarixində mövcud olan konstitusiyalar və bugünkü Azərbaycan konstitusiyası fərqləndirən cəhətlər olub. 20 il bundan öncə qəbul edilən Konstitusiyanın üstünlükləri, orada insan hüquq və azadlıqlarına geniş yer ayrılmasına xüsusilə toxunulub, onun əvvəlki konstitusiyalardan köklü şəkildə fərqləndiyi barədə söhbət açılıb.

Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov bəzi tələbə-gənclərin Konstitusiya və onun vətəndaşların həyatında rolundan xəbərsiz olduğunu vurğulayaraq, bu ali sənədin öyrənilməsi üçün ciddi işlərin görülməsinə ehtiyac olduğunu qeyd edib. O, bu sahədə elmi işlərin hazırlanmasına, jurnalist araşdırmalarına, televiziya proqramlarına və digər maarifləndirici tədbirlərə ehtiyac olduğunu xüsusi vurğulayıb.

Sonda Konstitusiya Gününə həsr olunan videoçarx nümayiş olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi