Yuxarı

​"Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə 400-dən çox mənası anlaşılmayan söz də müəyyənləşdirilib

Tərcümə Mərkəzi təsnifatı oxucuların ixtiyarına təqdim edib

Bakı. 20 aprel. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə olan, amma orfoqrafiya lüğəti qaydalarına uyuşmayan daha bir qrup sözün təsnifatını verib.

"Report"un məlumatına görə, budəfəki təsnifatda bu qəbildən olan 400-dən çox söz yer alıb.

Həmin sözlər arasında ayrıq, bimiqdarlıq, bimis, binəkdarlıq, bipərvalıq, birbaşagetmə, birbaşakeçmə, birbaşaqurtarma, birbaşayazma, birbaşlıq, bircür-bircür, bircüretmə, bircürə-bircürə, bircürəlik, bircürlük, birdənçəkən, birdənçəkmə, birdurma, biriyalıq, birqasnaqlı, birməkikli, birrotorlu, bitişverən, bitişvermə, biz-çənə, biz-dilaltı, bizimkili, bizimkisiz, blokabənzərlik, blokaoxşarlıq, borlatma,borlatmaq, borotbağı, boru-damaq, areopaq, areopaq, areopiknometr, areopiknometr,argentit, argentium-azid, argentometriya, arginin, arxeqoni, arxespori, arxifonem və s. sözlər yer alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi