Son üç ildə Azərbaycan dilinə daxil olmuş yeni sözlərin sayı müəyyənləşib

Son üç ildə Azərbaycan dilinə daxil olmuş yeni sözlərin sayı müəyyənləşib Bakı. 21 fevral. REPORT.AZ/ Son üç ildə Azərbaycan dilinə daxil olmuş yeni sözlərin sayı müəyyənləşib.
Elm və təhsil
21 Fevral , 2019 15:17
Son üç ildə Azərbaycan dilinə daxil olmuş yeni sözlərin sayı müəyyənləşib

Bakı. 21 fevral. REPORT.AZ/ Son üç ildə Azərbaycan dilinə daxil olmuş yeni sözlərin sayı müəyyənləşib.

Bu barədə “Report”a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova məlumat verib.

O bildirib ki, son üç ildə Azərbaycan dilinə daxil olan yeni sözlərin sayı 2 700 olub: “Yeni terminlər 2015-2018-ci illər alığında Azərbaycan dilinə daxil olub. Artıq həmin sözlər “Yeni Terminlərin İzahlı Lüğəti” adlı kitabda qeyd edilib. Bu kitab mütəmadi olaraq nəşr olunur. Birinci kitab 2015-ci ildə nəşr olunanda orada 2750 yeni söz daxil olunmuşdu. Daxil olan yeni sözlərin tapılan qarşılıqları da izahlı lüğətdə göstərilib. Amma beynəlxalq terminlər olduğu kimi saxlanılır”.

Son xəbərlər

Orphus sistemi