“Azərbaycan dilində ayamaların izahlı lüğəti” kitabı nəşr olunub

“Azərbaycan dilində ayamaların izahlı lüğəti” kitabı nəşr olunub Bakı. 7 may. REPORT.AZ/ AMEA Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, professor Qara Məşədiyevin “Azərbaycan dilində ayamaların izahlı lüğəti” kitabı nəşr olunub.
Elm və təhsil
7 May , 2018 15:31

Bakı. 7 may. REPORT.AZ/ AMEA Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, professor Qara Məşədiyevin “Azərbaycan dilində ayamaların izahlı lüğəti” kitabı nəşr olunub.

Akademiyadan "Report"a verilən məlumata görə, kitabda müasir ədəbi dildə işlənməyən, dialekt və şivələrdə isə tamamilə başqa məna ifadə edən sözlər əksini tapıb. Lüğətdə hər bir ayama (ləqəb) haqqında qısa məlumat verilib.

Belə əsərlər xalqın etnik mənsubiyyətini araşdırmaq, onun dilinin təşəkkülündə iştirak edən türk tayfalarının rolunu öyrənmək baxımından faydalıdır.

Lüğətdən dilçilər, etnoqraflar, dil və ədəbiyyat müəllimləri, ali məktəblərin filologiya fakültəsinin bakalavr və magistrləri faydalana bilərlər.

Son xəbərlər

Orphus sistemi