Azərbaycan alimlərinin kitabı beynəlxalq sərginin “Qızıl medalı”na layiq görülüb

Azərbaycan alimlərinin kitabı beynəlxalq sərginin “Qızıl medalı”na layiq görülüb Bakı. 4 iyun. REPORT.AZ/ 38-ci Beynəlxalq Paris Luvr kitab sərgisində Fransa, Rusiya, Almaniya və digər Avropa ölkələrinin alim, yazar və müəlliflərinin elmi və pedaqoji fəaliyyətinin intensivliyini artırmaq, kitab, monoqrafiya, dərslik, metodik vəsait və elektron nəşrlərin elmi paylaşımını gücləndirmək məqsədilə 30 min kitabın sərgisi təşkil olunub.
Elm və təhsil
4 İyun , 2018 16:37
Azərbaycan alimlərinin kitabı beynəlxalq sərginin “Qızıl medalı”na layiq görülüb
0 : 00
0 : 00

Bakı. 4 iyun. REPORT.AZ/ 38-ci Beynəlxalq Paris Luvr kitab sərgisində Fransa, Rusiya, Almaniya və digər Avropa ölkələrinin alim, yazar və müəlliflərinin elmi və pedaqoji fəaliyyətinin intensivliyini artırmaq, kitab, monoqrafiya, dərslik, metodik vəsait və elektron nəşrlərin elmi paylaşımını gücləndirmək məqsədilə 30 min kitabın sərgisi təşkil olunub.

Bu barədə "Report"a AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən məlumat verilib.

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, institutun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova və Fərəh Heydərovanın həmmüəllifi olduğu “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri” adlı kitab da sərgidə nümayiş etdirilib. Azərbaycan alimlərinin kitabı Beynəlxalq Paris Luvr kitab sərgisinin “Qızıl medalı” ilə mükafatlandırılıb.

Bundan əlavə, həmin kitab Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən V Beynəlxalq Təhsil 2018 sərgisinin diplomuna layiq görülüb, kitabın rus və ingilis dillərində xülasəsi sərginin kataloqunda dərc olunub.

Qeyd edək ki, V Beynəlxalq Təhsil Sərgisinin işində Türkiyə, İran, Rusiya, Monqolustan, Polşanın təhsil nazirləri, UNESKO-ya üzv ölkələrin nümayəndələri, 1000-dən çox elm və təhsil müəssisəsinin əməkdaşları iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi