Azərbaycan alimi Marsda su tapılması faktına münasibət bildirib

Azərbaycan alimi Marsda su tapılması faktına münasibət bildirib "Suallara 2033-cü ildən sonra cavab tapmaq mümkün olacaq"
Elm və təhsil
30 Sentyabr , 2015 11:37
Azərbaycan alimi Marsda su tapılması faktına münasibət bildirib

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Marsda suyun tapılması bu planetdə nə vaxtsa həyatın olmasının bir göstəricisidir. Yerdən başqa Günəş sisteminin digər planetlərində həyat olmadığından, dərhal suallar meydana çıxır". Bunu "Report"a açıqlamasında AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsadxanasının aparıcı elmi işçisi, "Planetlər və kiçik səma cisimləri" şöbəsinin əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətayi bildirib:

"Marsda suyun tapılması dərhal orada həyatın necə yaranması və məhv olması ilə bağlı sualları meydana çıxarır. Bu suallara 2033-cü ildən sonra - Marsın səthinə uçuşlar zamanı cavab vermək olar", - alim bildirib.

Ə.Ətayi xatırladıb ki, Marsın atmosferi Yerin atmosferindən 160 dəfə seyrəkdir. Onun sözlərinə görə, belə seyrək atmosfer canlı orqanizmi xarici ultrabənövşəyi şualardan və yüklü zərrəciklərdən qorumaq imkanına malik deyil.  

Son xəbərlər

Orphus sistemi