Azərbaycan ABŞ-ın ən böyük kitab festivalında təmsil olunub

Azərbaycan ABŞ-ın ən böyük kitab festivalında təmsil olunub ABŞ-ın ən nüfuzlu universitetlərindən olan Cənubi Kaliforniya Universitetində (USC) tanınmış Los-Anceles Tayms qəzeti tərəfindən keçirilən Los-Anceles Tayms kitab festivalında Azərbaycan geniş təmsil olunub.
Elm və təhsil
16 Aprel , 2019 10:17
Azərbaycan ABŞ-ın ən böyük kitab festivalında təmsil olunub
0 : 00
0 : 00

ABŞ-ın ən nüfuzlu universitetlərindən olan Cənubi Kaliforniya Universitetində (USC) tanınmış "Los-Anceles Tayms" qəzeti tərəfindən keçirilən Los-Anceles Tayms kitab festivalında Azərbaycan geniş təmsil olunub. 

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan "Report"a verilən məlumata görə, 150 mindən çox ziyarətçisi olan bu festival ABŞ-da ən böyük kitab yarmarkasıdır.

Baş Konsulluq tərəfindən qurulan Azərbaycan stendində Baş Konsulluğa məxsus, eləcə də Azərbaycan Milli Kitabxanası tərəfindən göndərilən ümummilli lider Heydər Əliyevin həyatına həsr olunan, britaniyalı müəllif Qrem Uilson tərəfindən yazılan kitab, İmadəddin Nəsimi, Mir Cəlal, Anar, Elçin, Kamal Abdulla da daxil olmaqla Azərbaycanın bir sıra tanınmış ədiblərin əsərlərindən ibarət kitablar, Üzeyir Hacıbəyli, Qara Qarayev, Firəngiz Əlizadə və digər bəstəkarlar haqda nəşrlər, Qarabağın qədim musiqi mədəniyyətini, Bakının qədim və çağdaş memarlıq incilərini, ölkəmizin tarixi, dinlərarası harmoniya, multikulturalizm və tolerantlıq ənənələrini, turizm imkanlarını, eyni zamanda zəngin mədəniyyətini, musiqisini və mətbəxini özündə əks etdirən kitab, jurnal, broşür və bannerlər nümayiş etdirilib.

Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının üzvləri və Los Ancelesdə yaşayan Azərbaycan icma fəalları tərəfindən milli geyimlərimizin də təqdim edildiyi Azərbaycan stendi sərgi ziyarətçilərində xüsusi maraq oyadıb.

Sərgi iştirakçılarının Azərbaycan ilə bağlı çoxsaylı sualları Baş Konsulluğun əməkdaşları və icma fəalları tərəfindən cavablandırılıb. 

Son xəbərlər

Orphus sistemi