ABŞ-ın ən nüfuzlu universitetlərindən olan Cənubi Kaliforniya Universitetində (USC) tanınmış "Los-Anceles Tayms" qəzeti tərəfindən keçirilən Los-Anceles Tayms kitab festivalında Azərbaycan geniş təmsil olunub.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan "Report"a verilən məlumata görə, 150 mindən çox ziyarətçisi olan bu festival ABŞ-da ən böyük kitab yarmarkasıdır.
Baş Konsulluq tərəfindən qurulan Azərbaycan stendində Baş Konsulluğa məxsus, eləcə də Azərbaycan Milli Kitabxanası tərəfindən göndərilən ümummilli lider
Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının üzvləri və Los Ancelesdə yaşayan Azərbaycan icma fəalları tərəfindən milli geyimlərimizin də təqdim edildiyi Azərbaycan stendi sərgi ziyarətçilərində xüsusi maraq oyadıb.
Sərgi iştirakçılarının Azərbaycan ilə bağlı çoxsaylı sualları Baş Konsulluğun əməkdaşları və icma fəalları tərəfindən cavablandırılıb.