Azərbaycanda miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək

Azərbaycanda miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək İmtahanda iştirak etmək istəyən 329 nəfərin namizədliyi qeydə alınıb
Elm və təhsil
9 Oktyabr , 2014 16:36
Azərbaycanda miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) oktyabrın 12-də miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. “Report”un TQDK-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlərin sənəd qəbulu avqust ayının 1-dən oktyabrın 1-dək Dövlət Miqrasiya Xidməti tərəfindən aparılıb.

İmtahanda iştirak etmək istəyən 329 nəfərin namizədliyi qeydə alınıb.

Test imtahanı Bakı Qızlar Universitetinin binasında saat 11:00-da başlanır.

İmtаhаndа nаmizədlərə 100 test tapşırığı təqdim olunacaq. Onlardan 50 sual ümumi qanunvericilik, 20 sual Azərbaycan Respublikasının tarixi və coğrafiyası, 10 sual kompüter bilikləri və 20 sual məntiq üzrə olan test tapşırıqlarıdır.

İmtahan 3 sааt dаvаm еdir. Hər suаl bir bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılırlаr.

İmtahanın nəticələri həmin gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (www.tqdk.gov.az) internet saytında yerləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi