Atatürk Mərkəzinin və Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzi işçilərinin maaşları artırılıb

Atatürk Mərkəzinin və Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzi işçilərinin maaşları artırılıb Bakı. 17 yanvar. REPORT.AZ/ Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarına dəyişikliklər edilib.
Elm və təhsil
17 Yanvar , 2018 23:52
Atatürk Mərkəzinin və Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzi işçilərinin maaşları artırılıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarına dəyişikliklər edilib.

“Report” xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları müvafiq olaraq 15 manat - 135 manatdan 150 manatadək, 120 manatdan 135 manatadək, 116 manatdan 130 manatadək artırılıb. Bununla yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları da 5 manat (125 manatdan 130 manatadək) artırılıb. 

Qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.

Son xəbərlər

Orphus sistemi