Aşqarlar Kimyası İnstitutunda yeni növ sürtkü yağları yaradılıb

Aşqarlar Kimyası İnstitutunda yeni növ sürtkü yağları yaradılıb AMEA-nın Təcrübə-Sənaye Zavodunun nümayəndələri arasında görüş keçirilib
Elm və təhsil
13 Yanvar , 2017 14:07
Aşqarlar Kimyası İnstitutunda yeni növ sürtkü yağları yaradılıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda institutun rəhbərliyi ilə AMEA-nın Təcrübə-Sənaye Zavodunun nümayəndələri arasında görüş keçirilib.

İnstitutdan “Report”a verilən məlumata görə, görüşdə istehsalı nəzərdə tutulan yeni yaradılan sürtkü yağlarının və sürtkülərin sınaq nəticələri müzakirə olunub. 

Həmçinin gələcəkdə planlaşdırılan birgə işlər barədə fikir mübadiləsi aparılıb.

Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev Təcrübə-Sənaye Zavodu ilə əməkdaşlığın bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Qeyd edək ki, iki qurum bir müddətdir ölkənin sürtkü materiallarına olan təlabatının ödənilməsi istiqamətində əməkdaşlıq edir.

Son xəbərlər

Orphus sistemi