Yuxarı
    Bağlamaq

    "ASAN peşə” layihəsi üzrə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

    İxtisas seçimindən keçən şəxslər sənədlərini avqustun 30-dək təqdim etməlidirlər© Foto: edu.gov.az

    Bakı. 27 avqust. REPORT.AZ/ 2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olan şəxslərin qeydiyyat vaxtı uzadılıb.

    "Report" xəbər verir ki, 1-22 avqust tarixlərində keçirilən birinci mərhələdə 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub.

    İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər aşağıda qeyd olunan sənədləri avqustun 30-dək qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisəsinə təqdim etməlidirlər:

    1. Təhsil haqqında sənədin əsli;

    2. Tibbi arayış;

    3. Şəxsiyyət vəsiqəsi (surəti);

    4. 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil;

    5. Hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər);

    “Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçiminə avqustun 30-dan start veriləcək.

    Qeyd edək ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilib. Sənəd qəbulunda 10 min 277 nəfər qeydiyyatdan keçib.

    Ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi