Yuxarı

Aprelin 10-da keçirilən sınaq imtahanının nəticələri açıqlanıb

İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 3 abituriyentin imtahan nəticələri ləğv edilib

Bakı. 13 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 10-da keçirilən sınaq imtahanının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 49 116 abituriyentdən 2 655 nəfəri imtahana gəlməyib.

İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 3 abituriyentin imtahan nəticələri ləğv edilib.

Hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi