Yuxarı
    Bağlamaq

    Aprelin 1-də keçirilən sınaq imtahanının nəticələri açıqlanıb

    Bakı. 3 aprel. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 1-də keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.

    Mərkəzdən "Report"a verilən məlumata görə, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 23579 abituriyentdən 256 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 2 abituriyent imtahandan xaric olunub.

    Qeyd edək ki, aprelin 15-də və 29-da keçiriləcək növbəti sınaq imtahanlarına yazılış davam edir.

    Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytında qeydiyyatdan keçməlidirlər.

    Qeydiyyatdan keçmiş istifadəçilər isə istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi