Ankarada “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” işıq üzü görüb

Ankarada “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” işıq üzü görüb ​Azərbaycan ədəbiyyatı ilk dəfə antologiya şəklində türk oxucusuna təqdim olunub
Elm və təhsil
11 İyul , 2016 14:51
Ankarada “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” işıq üzü görüb

Bakı. 11 iyul. REPORT.AZ/ Türkiyənin paytaxtı Ankarada Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” işıq üzü görüb.

Mərkəzdən "Report"a verilən məlumata görə, “Bengü” nəşriyyatı tərəfindən çap olunan ikicildlikdə Azərbaycanın XX əsrdə yazıb-yaratmış yazıçı və şairlərinin əsərləri yer alıb.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatı bu formatda türk oxucusuna ilk dəfə təqdim olunur.

Əsərləri Türkiyə türkcəsinə Qəmər Alxanova və Kəmalə Ələkbərova uyğunlaşdırıblar.

Antologiyanın təqdimat mərasimi iyulun 14-də Ankarada, TÜRKSOY-un binasında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi