Yuxarı
    Bağlamaq

    Amerikalı seysmoloqlar Bakıya gəliblər

    Azərbaycan ərazisində seysmotomoqrafiya işlərinin aparılmasına dair müzakirələr aparılıb

    Bakı. 12 iyun. REPORT.AZ/ ABŞ-ın E.Lourens adına Livermor Milli Laboratoriyasının əməkdaşları - professor Rengin Gök və professor Andrea Çiang, eləcə də Kanadanın Geologiya Xidmətinin professoru Tuna Onur Azərbaycana gəliblər.

    Respublika Seysmoloji Xidmət Mərkəzi İnformasiya şöbəsindən "Report"a verilən məlumata görə, qonaqlar AMEA nəzdində RSXM tərəfindən başlayan Azərbaycan ərazisində seysmotomoqrafiya işləri ilə bağlı gəliblər.

    Qonaqlar RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Q.Yetirmişli ilə görüşüb, Azərbaycan ərazisində seysmotomoqrafiya işlərinin aparılmasına dair müzakirələr aparıblar.

    Səfər çərçivəsində amerikalı seysmoloqlar yerli mütəxəssislərə Azərbaycan ərazisinin seysmik küy tomoqrafiyası ilə öyrənilməsi metodları və Mw maqnitudasının hesablanmasının yeni üsullarına dair təlim keçəcəklər.

    Kanadanın Geologiya Xidmətinin professoru Tuna Onur isə seysmik riskin öyrənilməsi ilə bağlı proqramları və onun iş prinspini təqdim edəcək. Həmçinin bu sahədə yeni yanaşma metodu da müzakirə olunacaq.

    Xatırladaq ki, Azərbaycan ərazisində seysmotomoqrafiya işləri ilk dəfə RSXM tərəfindən aparılacaq. Bununla bağlı respublika ərazisində daimi seysmik stansiyalarla yanaşı, müvəqqəti seysmik stansiyalar vasitəsilə müşahidələr aparılmasına başlanılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi