Yuxarı

AMEA Zoologiya İnstitutunda Tətbiqi Zoologiya Mərkəzi yaradılıb

AMEA Zoologiya İnstitutunda Tətbiqi Zoologiya Mərkəzi yaradılıb 1573
İnstitutda zəlilərin süni yolla çoxaldılması üzrə ilkin nəticə əldə edilib
© Report

Bakı. 19 aprel. REPORT.AZ/ AMEA Zoologiya İnstitutunda strukturun tərkibində aparılan dəyişikliklərə görə “cücülərin ekologiyası və fiziologiyası”, “faydalı cücülərin introduksiyası və bioloji mübarizənin elmi əsasları” laboratoriyaları birləşdirilərək Tətbiqi Zoologiya Mərkəzi yaradılıb.

İnstitutun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mərkəzin yaradılmasında əsas məqsəd zoologiya elminin bir çox istiqamətləri üzrə geniş tədqiqatlar aparmaq, tədqiqatın nəticələrinin elmi istehsalata və kənd təsərrüfatına tətbiqidir. Bundan əlavə, nəsli kəsilməkdə olan və təsərrüfat əhəmiyyətli növlərin çoxaldılması və təbiətə buraxılması mərkəzin əsas elmi istiqamətlərindən biridir. Süni şəraitdə artırılmasına ehtiyac duyulan təsərrüfat əhəmiyyətli növlərdən biri də tibb zəlisidir. Tibb zəlisi (Hirudo medicinalis) farmoseptik əhəmiyyətə malik, tibbin müxtəlif sahələrində müalicə məqsədilə tətbiq olunan canlıdır. Xeyli müddətdir ki, AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzində tibb zəlisinin süni yolla çoxaldılması texnologiyasının hazırlanması üzrə təcrübələr aparılır. Bu istiqamətdə ilk sevindirici nəticə baramanın əldə edilməsi ilə oldu. Belə ki, 42 gün bundan əvvəl akvariuma 8 ədəd zəli daxil edilib, orada zəlilərin yaşadığı təbii şəraitə uyğun ekosistem yaradılıb. Akvariuma çay daşları döşənib və xüsusi substratın üzərində mamır yerləşdirilib. Təcrübə davam etdiyi müddətdə akvarium qaranlıq otaqda, sakitlik şəraitində saxlanılıb, kənar müdaxilələr edilməyib. 

Hazırda Zoologiya Mərkəzində bu istiqamətdə tədqiqatlar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi