Yuxarı

AMEA: “Xəzər suitilərinin tükənmə təhlükəsi yaranıb”

Suitilərin vəziyyəti Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin “Qırmızı siyahı”sında “təhlükəli” statusu daşıyır

Bakı. 22 dekabr. REPORT.AZ/ “Xəzər suitilərinin tükənmə təhlükəsi yaranıb. Son 120 il ərzində tənzimlənməyən ov, çirklənmə və digər amillər səbəbindən bu heyvanların sayı 1 milyondan 104 minə enib”. Bu barədə “Report” AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, sözügedən növ 2008-ci ilin oktyabrından etibarən “IUCN” adı altında tanınan Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin “Qırmızı siyahı”sında vəziyyəti “təhlükəli” statusunu daşıyır: “Hətta 20 il əvvəl – 1990-cı illərin sonlarında dənizin hər 2 kvadrat kilometrinə 1 suiti düşürdüsə, hazırda hər 4 kvadrat kilometrə 1 suiti hesablanır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi