AMEA və “AzerGold” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb

AMEA və “AzerGold” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb Geologiya və Geofizika İnstitutu ilə “AzerGold” filiz yataqlarının geologiyası və dağ-mədən tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər
Elm və təhsil
10 Noyabr , 2016 13:07
AMEA və “AzerGold” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti filiz yataqlarının geologiyası və dağ-mədən tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər.

AMEA-dan "Report"a verilən məlumata görə, bu məqsədlə iki qurum arasında memorandum imzalanıb.

Sənədi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və səhmdar cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov imzalayıblar. 

Əməkdaşlıq memorandumuna əsasən, müştərək olaraq alim və mütəxəssislər Azərbaycan ərazisində mövcud filiz yataqlarının geoloji-geofiziki tədqiqini aparacaqlar. Sənəd elmi-tədqiqat, təhsil və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsini, layihə və inkişaf proqramlarının həyata keçirilməsini və dağ-mədən sahəsində ixtisaslaşmış insan resurslarının formalaşdırılmasını nəzərdə tutur. Bunun üçün qarşılıqlı məsləhət və texniki təlim xidmətləri təşkil ediləcək, birgə elmi-praktik konfranslar və görüşlər keçiriləcək.

Sənədə görə, bütün bu işlər üçün tərəflər texniki, maliyyə və kadr imkanlarını səfərbər edəcəklər. Bunun üçün “AzerGold” QSC-nin GGİ-nin kadr potensialı və maddi-teniki bazasından faydalanması, analitik laboratoriyalarından yararlanması, həmçinin institutun şirkət üçün gənc mütəxəssislər hazırlamaq istiqamətində köməyi də memorandumda öz əksini tapır. Bundan başqa, sənəddə “AzerGold” QSC-nin kəşfiyyat sahələrində və dağ-mədən müəssisələrində tədqiqatlar aparmaq üçün AMEA-nın gənc alim və mütəxəssislərinə şərait yaratması məsələsi də nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi