Yuxarı

​AMEA prezidenti: “Kadr probleminin həll olunması prosesini sürətləndirməyə çalışırıq”

“Kadr sahəsindəki problemlər həm elm, həm də təhsildə qalmaqdadır”

Bakı. 10 noyabr. REPORT.AZ/ “Danılmaz faktdır ki, bu gün kadr sahəsindəki problemlər həm elm, həm də təhsildə qalmaqdadır. Çünki elmlə təhsil vəhdətli inkişaf edir. Ona görə də vəhdətdən gələn çətinliklər elmdə də hiss olunur”. “Report”un xəbərinə görə, bunu jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.

Onun sözlərinə görə, bütün sahələr üzrə kadr çatışmazlığı hər zaman problemli məsələdir: “90-cı illərdə Azərbaycanın üzləşdiyi porblemlər bütün sahələrdə çətinliklərə səbəb olmuşdu. Mövcud problemlər həm də bir çox elmi məktəblərin dağılmasına gətirib çıxardı. Lakin 2000-ci ildən başlayaraq ölkə başçısının elmə göstərdiyi diqqət və qayğı nəticəsində elmimiz inkişaf edir. Bu gün biz çalışırıq ki, elmin inkişafı üçün yaradılan imkanlardan yetərincə istifadə edək. Eyni zamanda kadr probleminin həll olunması prosesini sürətləndirməyə çalışırıq”.

AMEA sədri onu da qeyd edib ki, akademiyada magistratura sahəsinə qəbul yaradılır: “Oraya gəncləri dəvət edib qəbul etdikdən sonra onları xüsusi Azərbaycan elminin marağını təşkil edəcək gələcək elmi istiqamətlərə yönəldəcəyik”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi