Yuxarı

AMEA prezidenti: "Alimlər qarşısında vəzifə qoymuşuq ki, özləri qazansın"

Bunun üçün də ortaya iş qoymaq lazımdır

Bakı. 14 yanvar. REPORT.AZ/ "Akademiya olaraq dövlət büdcəsindən vəsait artırılmasını gözləmirik. Alimlər qarşısında vəzifə qoymuşuq ki, alimlər özü qazansın. Sovet vaxtından qalan düşüncədən əl çəkmək lazımdır. Yəni, əl uzatmaqdan bir şey çıxmaz. Ona görə də fəaliyyət göstərmək lazımdır". "Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə keçirdiyi mətbuat konfransında deyib.

O deyib ki, innovativ elm inkişaf etməlidir: "Ona görə də keçən il alimlər bütün qüvvələrini innovativ elmin yüksəltməsinə yönəldib".

AMEA prezidenti dövlət büdcəsindən elmə ayrılan vəsaitin Akademiyanın inkişafı üçün yetərli olub-olmamasına da münasibət bildirib: "Vəsait heç vaxt bəs deyil və hər zaman artırılmasını istəyirik. Lakin vəsaitin artması üçün də boş-boş otura bilmərik. Bunun üçün ortaya iş qoymaq lazımdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi